Braziliya İçli Küftəsi (Coxinha)

Braziliya İçli Küftəsi  (Coxinha)
Yeməklər
10.09.2017 32
Vəsaitlər:
İçi üçun
 

2 ədəd toyuq sinəsi
 

1 pərdə şəklində doğranmış pomidor
 

1 ədəd rəndələnilmiş kök
 

4 incə qıyılmış təzə soğan
 

2 diş rəndələnmiş sarımsaq
 

 doğranmış  cəfəri
 

1 qaşıq zeytun yağı
 

1 çay qaşığı duz
 

bolca qara bibər
 

Xəmiri üçün:
 

2 su stəkanı toyuq suyu
 

aldığı qədər un (təxminən 3 su stəkanı)
 

1yemək qaşığı maye yağ 
 

Qızartmaq üçün:
 

1 yumurta
 

1 yemək qaşığı süd
 

unu
 

  maye yağ 
 

Hazırlanışı
 

Toyuq
sinələri qaynadılar, didiklənir. Doğranmış pomidor, təzə soğan, rəndələnmiş
kök, rəndələnmiş sarımsaq, incə doğranmış cəfəri, didiklənmiş toyuq ətləri bir
qabda qarışdırılır. Üzərlərinə 1 yemək qaşığı duru yağ, 1 yemək qaşığı toyuq
suyu və duz, qara bibər əlavə edilir.
 

Başqa bir
qabda un tökülür, ortası açılır və soyumuş toyuq suyu ilə 1 yemək qaşığı maye
yağ əlavə olunur. Xəmir yapışmaz bir səviyyəyə gələnə qədər yoğurulur. 10
dəqiqə gözlədilir. Sonra xəmirdən qoz böyüklüyündə parçalar alınaraq ovuc
içərisində  açılır. Ortasına vəsait qoyulur və kənarları üstə gətirilərək
qatlanır. Bu əməliyyatı edərkən xəmirin yırtılmamasına və tamamilə bağlı
olmasına diqqət göstərilməlidir. Xəmirin şəkli armuda bənzəməlidir.
 

Başqa bir
qabda 1 yumurta 1 yemək qaşığı süd ilə çırpılır hazırladığımız küftələr ilk
once yumurta və südün qarışığına batırılır sonda isə una və qızardırılır
 


 

 
 


 

 Nuş olsun! :nyam:

Redakte etdi:
PRETTY_GIRL




 

 
 

 
 

 
 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!