Səbzəli pizza

Səbzəli pizza
Yeməklər
10.09.2017 18

Vəsaitlər:


xəmiri üçün

8 yemək qaşığı ilıq su
1, 5 su stəkanı un
1 çay qaşığı toz şəkər
Yarım çay qaşığı duz
1 çay qaşığı yaş maya
Sousu üçün:

1 ədəd pomidor

2 yarpaq təzə fesleyen
Yarım diş sarımsaq
Damaq tadınıza görə duz, qara bibər
Üzəri üçün:

1 su stəkanı qaynadılmış göy noxud

Yarım su stəkanı qaynadılmış dənə misir
1 şirin qaşığı quru nanə
Hazırlanması:

Yaş mayanı bir yemək qaşığı ilıq suyun içində əridin. Yoğurma qabına un, duz və şəkəri alıb ortasını hovuz kimi açın. Yeddi yemək qaşığı ilıq su və əridilmiş yaş mayanı əlavə edin. Bütün vəsaitlər həll olana qədər yaxşıca yoğurun. Xəmirin üzərinə nəmli bir bez örtüb soyuducuda bir saat gözlədin.

Sousunu hazırlamaq üçün sarımsaq və pomidorun qabığını soyub rəndələyin. Fesleyen incəcik doğrayıp duz və qarabibərlə birlikdə pomidora əlavə edib qarışdırın. Pizza xəmiri şkafdan çıxarıb orta qalınlıqda mərdanə ilə açın.
Yumru açdığınız pizza xəmiri yağlanmış soba nimçəsinə diqqətlə tökün. Üzərinə pomidorlu sousu çəkin. Əvvəldən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə bişirin.
Pizza nimçəsini sobadan çıxarın. Yaşıl noxud, qarğıdalı və quru nanəni pzzanın üzərinə səpin.Holland pendirindən kub şəklində doğrayıb pizzanın üzərini örtün. Qara zeytunu  əlavə edin.Təkrar sobaya qoyub pendir əriyənə qədər bişirin. Bişən pizzanı sobadan çıxarıb yüngül soyuduqdan sonra dilimləyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!