Günün Ləzizi: Nardança

Günün Ləzizi: Nardança
Yeməklər
10.09.2017 24
Ərzaqlar: 

4 kq dənələnmiş nar

1 kq şəkər tozu

Əgər turş nar olsa şəkər tozunu 1 st artıra bilərsiniz

Hazırlanması:

Nar dənələrini təmiz yuyub, aşsüzəndə qoyuruq, suyu təmiz süzülür.

Nar dənəsinin suyu süzüldükdən sonra böyük bir qab götürüb, nar dənəsi ilə şəkər tozunu lay-lay yığırıq.

Bir neçə saat qalsın.

Sonra bişirməyə qoyub, yavaş-yavaş taxta qaşıqla qarışdırırıq. İsinən kimi qazdan götürüb, 1 saat saxlayırıq. Ona görə saxlamaq lazımdır ki, suyu çıxsın bişəndə nar dənələri ətini tökməsin.

Sonra yenidən qoyub qarışdır-qarışdıra bişiririk.

Suyunu qaşıqla qaldıranda qoşalaşmamış götürmək lazımdır.

Qeyd: Nardança Azərbaycanın bəzi bölgələrində plovla yeyilir.( Məsələn mənim bölgəm kimi :09:)

Nuş olsun!

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!