Şaurma

Şaurma
Yeməklər
10.09.2017 5
Toyuğun döş əti 

3 pomidor

Kələm
3 yaşıl xiyar
3 duzlu xiyar
3-4 yerkökü
10 ədəd lavaş
4 xörək qaşığı smetan
4 xörək qaşığı qatıq
4 xörək qaşığı mayonez
6-8 diş sarımsaq
Qara istiot, qırmızı istiot, ketçup
Ədviyyat və göyərti zövqə görə (keşniş, şüyüd, cəfəri)
Toyuğun döş ətini 20 dəqiqə qaynadırıq, sonra ədviyyat, duz, istiot əlavə edərək tavada qızardırıq. Kələmi xırda-xırda doğrayırıq.Yerkökünü sürtkəcdən keçirib kələmə qatırıq. Eləcə də xiyar-pomidoru nazık doğrayıb hazırlayırıq.
Şaurma üçün sarımsaqlı sous:

Sarımsağı təmizləyib sürtkəcdən keciririk. Bura ədviyyatlar, azca şüyüd, mayonez və qatıq əlavə edilir.Zövqə görə sirkə də əlavə edə bilərsiniz. Yaxşıca qarışdırıb dadın tam qarışması üçün yarım saat saxlayırıq. Sonra lavaşı qoyub üzərinə sous çəkib hazırladığımız ərzaqları sıra ilə düzürük. Əvvəl kələm və yerkökü qarışığını, sonra əti qoyub üzərinə göyərti əlavə edirik. Sonra da nazik doğranmış pomidor və xiyarı düzürük. Sonda üzərinə ketçup gəzdirib lavaşı bükürük. Sobada (mikrovalnovka) qızdıra bilərsiniz.Nuş olsun!



скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!