+++++++++++++++++++++++Sobada göbələk

+++++++++++++++++++++++Sobada göbələk
Yeməklər
10.09.2017 40
[/center]

 Vəsaitlər:


[center]

12 ədəd orta boy göbələk

1 ədəd limon

4 budaq təzə soğan

2 dilim çörək içi

Yarım çay stəkanı rəndələnilmiş holland pendiri

Şüyüd (istəyə görə)

1 xörək qaşığı zeytun yağı



Hazırlanması:

Göbələklərin üst pərdələrini bir bıçaq köməyiylə soyun. Sap qisimlərini çıxardın və göbələkləri limonlu suyun içinə qoyun.

Göbələyin sap hissələrini və təzə soğanın yaşıl hissələrini incə-incə doğrayıb bir kasaya alın. Bu qarışığa parçalanmış çörək içi, şüyüd, holland pendiri ilə zeytun yağını əlavə edin və bütün vəsaiti qarışdırın.

Hazırladığınız kütləni göbələklərin içinə doldurub soba nimçəsinə düzün. Əvvəldən isidilmiş 180 dərəcə sobada 10-15 dəqiqə bişirin.



Nuş olsun!





Redakte etdi:
PRETTY_GİRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!