+++++++++++++++Kremli toyuq

+++++++++++++++Kremli toyuq
Yeməklər
10.09.2017 11
 










 

 Tərkibi:


 2 ədəd toyuq,

1 yemək qaşığı kərəyağı,

1 qutu krem (200 ml)

1 çay stəkanı süd,

2 yemək qaşığı un,

1 su stəkanı rəndələnilmiş kaşar,

Duz, qara bibər,

1 şorba qaşığı limon suyu



Hazırlanması:

Toyuq ətini iri parçalar halında doğrayın.

Ətləri tavada az xodda kərəyağı ilə birlikdə yüngül qovurun.

Bişən toyuq ətlərinin üzərinə kremin hamısını tökün və az xodda qarışdıraraq bir az daha bişirin.

Bir çay stəkanı südün içində un, duz, limon suyu və qara bibəri qarışdırın. Bu qarışığı ətlərin üzərinə əlavə edərək biraz daha bişirin.

Sonra yeməyi soba nimçəsinə alın və üzərinə kaşar rəndəsi səpin.

Əvvəldən isidilmiş sobada kaşarlar əriyib, yüngül qızarana qədər bişirin.

Daha sonra isti-isti xidmət edə bilərsiniz.

Nuş olsun! 

Redaktə Etdi:N E L L I


 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!