Ədviyyatlı Kök Şorbası

Ədviyyatlı Kök Şorbası
Yeməklər
10.09.2017 22
Tərkibi:



Yarım kilo kök

1 ədəd orta boy soğan

4 yemək qaşığı zeytun yağı

1 litr toyuq suyu

Yarım limonun suyu

1 çay qaşığı qara bibər

2 yemək qaşığı təzə doğranmış keşniş

Damaq dadınıza görə duz



Hazırlanması:



Soğanın qabıqlarını soyub, küp şəklində doğrayın. Qazana zeytunyağını əlavə edib, qızdırın və üzərinə soğanları əlavə edin.


Orta dərəcəli odda, soğanların rəngi dəyişənə qədər qovurun. Köklərin qabıqlarını soyub, halqa şəklində doğrayın.

Doğranmış kökləri qazana əlavə edib, qovurun. Toyuq suyu, limon suyu, qara bibər, keşniş və duzu qazana əlavə edin.

Orta dərəcəli odda qarışımı, köklər yumuşayana qədər bişirin. Şorbanı ocaqdan götürüb,  blenderlə ərzaqlar xırda-xırda olana qədər əzin.

Kasalara pay edib, cəfəri ilə xidmət edin.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!