Gürzənin Hazırlanması.

Gürzənin Hazırlanması.
Yeməklər
10.09.2017 181
Tərkibi:

Su - 1 stəkan.
Yumurta - 1 ədəd ( vacib deyil).

Un - aldığı qədər.

Yodlu narın xörək duzu - 1/2 çay qaşığı.

İçlik:

Qoyun əti - 500 qram.

Soğan - 2 ədəd.

Yodlu narın xörək duzu, istiot.

Hazırlanması:

Gürzə üçün yumşaq qoyun əti soğanla birlikdə ət çəkən maşından keçirilir. Ona duz, istiot vurularaq qarışdırılır və tavada yağ içində qovrulur.Una duz, su (bəzən yumurta da) vurularaq bərk xəmir yoğrulur.Oxlovla 1 mm qalınlığında yayılır.Diametri 5-6 sm ölçüdə dairələr kəsilir.Hazır qiymə həmin dairələrin ortasına qoyulub, tikişi yuxarı və bir ucu açıq qalmaq şərtilə bükülür.Bu qayda ilə hazırladığımız gürzələr bulyonun içərisinə salınıb bışırılır.Gürzə bulyonun üzünə çıxanda bişmiş hesab edilir.Süfrəyə verilən zaman kəfkirlə qazandan götürülüb, boşqaba düzülür. Üstünə qiymə və yağın qalan hissəsi tökülüb, darçın səpilir. Yanında qatıq qoyulur.Zövqə görə sarımsaq, qatıq və narla da yeyilir.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!