Lülə kabab

Lülə kabab
Yeməklər
10.09.2017 429
Tərkibi:
500 qr qoyun əti.
100 qr quyruq yağı.
2-3 orta boy baş soğan.
1 ədəd limon.
Un.
Narın xörək duzu.
Ədviyyat zövqə görə.



Hazırlanması:
Qoyun əti əvvəlcə uzununa,sonra da mümkün olduğu qədər xırda doğranır. Ətə quyruq qatıb, xırda-xırda doğranır.Sonra ət və quyruq birlikdə mətbəx baltası ilə xırdalanmağa davam edilir.Ət nə qədər xırda olsa,lülə-kabab bir o qədər ləzzətli olar.Soğan şəkildə göstərildiyi qaydada doğranır.Doğranmış soğan ətə qatılır,bir çimdik duz,qırmızı toz bibər,yarım limon suyu vurulur,sonra ağzı bağlı bir qabda 20 dəqiqə marinad olması(ətin soğan,limon suyunu çəkməsi) üçün gözlədilir.Bura  diqqət! Xırdalanmış və marinad olunmuş ətə bir az un vurluması,lülə-kabab bişirilməsinə yaxın edilməlidir.Daha əvvəl un vurularsa,ət şişlərdən sürüşüb çıxar və kabab alınmaz.Qeyd edim ki, ətə un vurulması
kababın ləzzətli olmasına səbəb olur.Un vurulduqdan sonra ət yaxşıca yoğrulmalıdır.Yaxşıca yoğrulmuş ət lülə şəklində formalanıb şişlərə taxılarkən əlləri duzlu suya batırmaq lazımdır.Lülə-kabab manqalda közərmiş kömür üzərində bişirilir.Bərabər qaydada qızarsın deyə,şişlər arabir çevrilir.Lülə-kabab hazırdır,süfrəyə verə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!