Sobada Tərəvəzli Toyuq

Sobada Tərəvəzli Toyuq
Yeməklər
10.09.2017 87
 
Sobada Tərəvəzli Toyuq Vəsaitlər: 1 toyuq 1 limon 2 kök 4 diş sarımsaq 4-5 soğan 5-6 pomidor Yarım kq konserv göy noxud 2 iri kartof Kəklik Qara bibər Pul bibər Duz Zeytunyağı Hazırlanışı: Toyuğu yaxşıca yuyub limon suyuyla ovun. Kökləri soyub böyük parçalara dilimlənin. Kartofları iri kvadrat halında doğrayın. Sarımsaqları və soğanları soyub ikiyə bölün. Pomidorları da əlavə edərək bütün tərəvəzləri qarışdırın. Ədviyyatları, duzu, zeytunyağını və bir neçə damla limon suyunu qarışdırıb toyuğun hər tərəfinə bu qarışığı vurun. Soba paketinin içini unlanın, toyuğu və tərəvəzləri paketə yerləşdirin. Paketi bir neçə yerindən deşib ağızını möhkəmcə bağlanın. Əvvəldən isidilmiş 210 dərərcədə olan sobada təxminən 45-50 dəqiqə bişirin. Bişincə paketdən çıxarıb bir neçə dəqiqə daha sobada saxlayın (beləcə toyuğun üzəri də qızarmış olacaq).

Nuş Olsun...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!