++++++++++++++++++++++++Çiyələkli Təriflər.

++++++++++++++++++++++++Çiyələkli Təriflər.
Yeməklər
10.09.2017 39
 



Tərkibi:
1 su stəkanı süzmə qatıq
1 paket süd kremi (200ml)
1 su stəkanı pudra şəkəri
1 paket vanil
10 ədəd çiyələk

Hazırlanması:
Çiyələkləri bol suyla yuyub, süzdükdən sonra kiçik-kiçik doğrayın. Bir qabın içərisində qatıq və pudra şəkərini yaxşıca çırpın.
Ayrı bir qabda süd kremini qatılaşana qədər çırpın. Çırpılmış kremi və vanili qatığa əlavə edib, qarışdırın.
Qarışığı yüngül suyla isladılmış kasalara yerləşdirin. Dərin dondurucuya qoyub, yaxşıca donduqdan sonra xidmət edin.





Çiyələkli kokteyl tərifi:


Tərkibi:
Yarım kilo çiyələk
1,5 su stəkanı qatıq
Yarım çay stəkanı pudra şəkəri
1 su stəkanı portağal suyu
5 küp buz

Hazırlanması:
Çiyələkləri bol suyla yuyub, süzün. Qatıq, portağal suyu, buz, pudra şəkəri və çiyələkləri blender qabına alın.
Hamar bir qatılaşma əldə edənə qədər çəkin. Kokteyli stəkanlara pay edib, daha sonra xidmət edin.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!