Yuxa düşbərəsi..

Yuxa düşbərəsi..
Yeməklər
10.09.2017 7
Ərzaq:

4 ədəd yuxa

300 qr çəkilmiş ət

1 ədəd soğan (böyük)

yarım stəkan duru yağ

yarım stəkan ayran

duz, istiot



Üzəri üçün:


Sarımsaqlı qatıq,kərə yağında qızardılmış nanə və qırmızı pul bibər.






Hazırlanması:Soğanı rəndələyirik və ya ət maşınından keşiririk. Ət,soğan, duz və istiotu qarışdırırıq. Bir ədəd yuxanı masanın üstünə səririk, üzərinə əlimizlə əvvəlcə ayran sonra duru yağ sürtürük. Ətdən bir az götürürük yuxanın bir tərəfindən düzürük. Sonra yuxanı oxlava kimi bükürük və 2 sm genişlikdə kəsirik.Yağlanmış tavaya yan yana düzürük. zərinə duru yağ sürtüb 180-190 dərəcədə əvvəlcədən isidilmiş sobada (dxovkada) az qızarana qədər bişiririk. (balaca olduqları üçün tez bişir).Sobadan çıxardıqdan sonra boşqaba qoyuruq və üzərinə sarımsaqlı qatıq və kərə yağında qızardılmış nanə və qırmızı pul bibəri töküb dadına baxırıq.
 
Nuş Olsunскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!