Badımcan kotleti

Badımcan kotleti
Yeməklər
10.09.2017 86
Təkrib:

Kotlet üçün:

300 qr. çəkilmiş ət

1 yumurta

1 ədəd quru sogan

1-2 dilim boyat çörək (isladılıb, suyu sıxılmış)

1/2 cəfəri (doğranmış)

duz, istiot

2-3 ədəd badımcan

1 ədəd pamidor

2 ədəd bibər



Sosu üçün:

2 ədəd pomidor

1 çay qaşığı tomat

Kəklikotu, su



Hazırlanması:

Kotlet üçün lazım olan ərzaq bir qabda qarışdırılır və 10-15 dəqiqə yaxşıca yoğrulur. 1-2 saat soyuducuda saxlanır. Badımcanların qabığı zolaq-zolaq soyulur, uzun-uzun dilimlənir. Üstünə duz səpilir və acı suyu çıxarılır. Badımcanlar yuyulur və təmiz bir dəsmalla qurulanır (sulu qızartmaq olmaz). Bol yağda qızardılır. Qızardılan badımcan dilimləri salfetkanın üzərinə qoyulur ki, yağını çəksin. Kotlet qarışımından badımcanların miqdarı qədər kotlet düzəldilir və qızardılır. Hər bir badımcan diliminin üzərinə bir kotlet qoyulur və xalça dürmələdiyimiz kimi bükülür, axıra qalan hissəsi altda qalacaq şəkildə tavaya qoyulur. Üzərinə bibər dilimi, sonra pomidor dilimləri qoyulur və diş çöpü ilə birləşdirilir. Rəndələnmiş pomidor, tomat, kəklikotu və su ilə hazırlanmış sosu üzərinə əlavə edib, 160-170 dərəcədə əvvəlcədən isidilmiş sobada bişirilir. (Vaxtı siz təyin edin, çünki hər kəsin öz zövqü başqadır. Bəziləri çox qızardılmış xoşlayır bəzilər isə az.)



Qeyd: Bu yeməyin yanında plov (amma Azərbaycan plovu deyil sadə bişirilmiş plov) olduqda daha ləzzətli olur.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!