+++++++++++++Pomidor Şorbası.

+++++++++++++Pomidor Şorbası.
Yeməklər
10.09.2017 28
Süfrələrimizin ən asan, ləzzətli şorbasıdır pomidor şorbası. Vaxtınız yoxdur? qonağınız gələcək? və sizə ən asan şorba tərifi lazımdır?Elə isə buyurun sizə tez hazırlanacaq şorba tərifi.Bu şorbanı qış aylarında pişirmək istəyirsinizsə o zaman pomidor yerinə 2 yemək qaşığı tamat istifadə edin. Mən yay ve qış aylarında da tamatla bişirirəm. Bəzən bir yemək qaşığı tamat, 1 ədəd də pomidor rəndələyirəm. Sizin üçün hansı asan gəlirsə elə də edə bilərsiniz. 



Ərzaq:

(4 nəfərlik)

3 ədəd pomidor 

1 litr soyuq su

1yemek qaşığı un

2 yemek qaşığı duru yağ

1 yemek qaşığı kərə yağı

duz, qara istiot 



Üstünə səpmək üçün:

Rəndələnmiş holland pendiri (mən bunun əvəzinə yağda qızardılmış nanə tökürəm)


 
Hazırlanması:

Qazana duru yağı və kərə yağını qoyub, unu əlavə edin və az xodda 2-3 dəqiqə qovurun. Pomidoru rəndənin iri diş tərəfində rəndələyin.(Əğər tamatdan istifadə edirsinizsə unu qovurandan sonra tamatı və duzu əlavə edib onuda azca qovurun və suyu yavaş-yavaş əlavə edib mikserlə və ya qatıq acanla tez tez qarışdırın.) 

Qovrulmuş unun üzırinə rındılınmiş pomidoru əlavə edip 2-3 dəqiqə qarıştırırık. Sonra üstünə soyuq suyu əlavə edib, qatıq açan tellə tez tez qarışdırın.

1-2 dəqiqə qaynadıqdan sonra qazın üstündən alın, üzərinə rəndələnmiş holland pendirini və ya yağda qızdırılmış nanəni tökün.



Nuş Olsun :) скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!