Kartof kotleti

Kartof kotleti
Yeməklər
10.09.2017 24


Tərkibi:



500 qram kartof; 

250 qram ispanaq; 

1 ədəd sürtgəcdən keçirilmiş soğan; 

duz, qara istiot; 

2 qaşıq ağ pendir; 

2 qaşıq un; 

1 ədəd yumurta. 



Hazırlanması:



Kartofları qaynadıb, qabıqlarını soyun. Çəngəllə əzib, pürə halına gətirin. Duz, qara istiot əlavə edib yoğurun. İspanağı soğanla pörtlədir, suyu qurtarana qədər bişirdikdən sonra ispanağı odun üzərindən götürün. İçinə pendir və qara istiot əlavə edib qarışdırın. Kartofdan qoz böyüklüyündə parçalar qoparıb, əlinizlə açın. 1 qaşıq hazırladığınız qarışıqdan qoyub, kartofu küftə şəklinə salın. Hamısını bu şəkildə hazırladıqdan sonra əvvəlcə una, sonra da yumurtaya batırıb qızardın.



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!