Badımcanlı Plov

Badımcanlı Plov
Yeməklər
10.09.2017 33
 
Tərkibi:
4 ədəd uzun badımcan
2 su stəkanı düyü
1 qəhvə fincanı arpa və ya tel şəhriyə
2 ədəd toyuq sinəsi
1 ədəd soğan
2 ədəd nazik bibər
3 ədəd yumşaq pomidor
1 yemək qaşığı tomat pastası
Duz, qara bibər
İstəsəniz 1 çay qaşığı darçın
3 stəkan isti su

Hazırlanması:
İlk əvvəl düyüləri isti və duzlu suda 1 saat gözlədin. Badımcanlar soyub duru yağda qızardın.
Qızaran badımcanları kağız dəsmala sarıyıb yağını süzün. Bir başqa tavada soğan və bibəri kəsib qızardın.
Kub - kub doğranmış toyuq ətlərini əlavə edin. Toyuq suyunu çəkənə qədər bişirin.
Soyulub kub - kub kəsilən pomidorları və tomat pastasını əlavə edib 15 dəqiqə bişirin. Duz və ədviyyatları əlavə edin.
Plov qazanına badımcanlar yarısı çöldə qalacaq şəkildə düzülür. Üstünə toyuğu tökün. Yuduğunuz düyü şəhriyəni əlavə edin.
Onu da toyuğun üstünə tökün. Badımcanı üstünə bağlayın. Ən üstə düz bir qab və duz qoyun. Bu duz badımcan və düyü üçündür.
İsti suyu üstünə tökün və batıq atəşdə kənarında çox az su qalacaq şəkildə bişirin. 1 saat istirahət etdirin və qaba çevirib servis edin.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!