Brokolili Pizza

Brokolili Pizza
Yeməklər
10.09.2017 40

Tərkibi:
xəmiri üçün:
• 1 çay stəkanı ilıq süd
• 1 cay qaşığı şəkər tozu
• 1 paket yaş maya
• 1 su stəkanı ilıq su
• Aldığı qədər un
• Duz
• 50 qr kərə yağı
üzəri üçün:

• 200 qr sosiska
• 250 qr təzə holland pendiri
• 2 ədəd pomidor
• qara bibər
• qırmızı bibər
• duz
• 1 ədəd kiçik boy brokoli
• 1 çay qaşığı tomat pastası
Hazırlanması:
Yoğurma qabına bir az un qoyun və ortasını hovuz kimi açın.Açıq olan yerə mayanı, şəkəri və ilıq suyu əlavə edərək mayanı əridin.Maya kabardıqdan sonra, süd, duz və kərə yağı əlavə edib yoğurmağa başlayın. Xəmir əldə edənə qədər un əlavə edərək yoğurun. Xəmirin üzərinə nəmli bir bez örtün və 1 saat ərzində saxlayın. Yumru pizza qabına yağlı kağız sərin və gözlətdiyiniz xəmiri əlinizlə qabın ölçüsünə görə yayın. Kənarlarına əlinizlə basdıraraq pizza şəkli verin. Pomidorları soyub küp şəklində doğrayın və pomidorların suyunu süzüb bir qaba alın. Sosisi halqa şəklində doğrayıb pomidorların üzərinə əlavə edin. Üzərinə duz, qara bibər və qırmızı bibər əlavə edib qarışdırın. Pendiri rəndələyib ayrı bir qaba alın. Pizza xəmiri üzərinə tomatı çəkin. Tamat üzərinə də sosisli qarışığı yayın. Əvvəldən 200 C-li sobada xəmir yüngül pəmbələşənə qədər bişirin. Bişdikdən sonra üzərinə pendiri səpin və çiçəklərə ayırıb yuduğunuz brokoliyi tökün. Təkrar eyni istilikdə sobaya qoyub bişirin. Dilimləyərək isti xidmət edin.
Nuş olsun! 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!