Vegeterian Kotlet

Vegeterian Kotlet
Yeməklər
10.09.2017 23

Vəsaitlər:
-1 stəkan bişmiş noxud
-1 stəkan bişmiş qara paxla
-1 qırmızı bibər
-1 orta boy soğan
-Yarım dəstə cəfəri
-1 yumurta
-2 yemək qaşığı manna yarması
- 4 yemək qaşığı çəkilmis çörək içi ya da galeta unu
-1 çay qaşığı kimyon
-Duz, istiot

Hazırlanması:

Bibər və soğanı küp küp doğrayıb bir yemək qaşığı zeytun yağında qızardın. Suyunu buraxmayacaq başqa tərəvəzlər də əlavə edə bilərsiniz bu mərhələdə. Digər tərəfdə noxud və paxlanı əzin. İçinə qızardılmış tərəvəzləri, cəfəri, manna yarması və çörək içini əlavə edin və qarışdırın, ədviyyatlarını da atdıqdan sonra yumurtanı qırın və yaxşıca qarışdırın. Bir az duru bir qarışıq olacaq lakin çox duru olsa çörək içi,
manna yarması ya da incə yarma əlavə edərək qatılaşdıra bilərsiniz. İstər tavada, istər sobada bişirə bilərsiniz.

Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!