Göbələkli yarpaq dolması

Göbələkli yarpaq dolması
Yeməklər
10.09.2017 25
Tərkibi:

Yarpaq
200 qr. qiymə
3 soğan
1 kasa göbələk
1 st. düyü
1 dəstə şüyüd, cəfəri, təzə nanə
1 xq. tomat
Duru yağ, duz, istiot, su

Üzərinə:

Qatıq

Hazırlanması:

Əvvəlcə qiyməni bir qaba tökürük. Sonranı soğanı sürtgəcdən keçirib,şüyüd, cəfəri, nanəni incə şəkildə doğrayıb qiymənin üzərinə əlavə edirik. Göbələkləri incə şəkildə doğrayıb qarışımın üzərinə əlavə edirik. Tomat, duru yağ və istiot əlavə edib qarışdırırıq. Qaynar suda isladılmış yarpaqların baş qisminə göbələkli qarışımdan əlavə edib bükürük. Sonra dolmaları səliqəli şəkildə qazana yığıb, üzərinə duru yağ töküb duz səpirik. Daha sonra üzərini keçməyəcək dərəcədə isti su əlavə edirik. Qapağı bağlı şəkildə normal temperaturda bişiririk. Bişdikdən sonra qatıqla servis edirik.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!