+++++++++++++Badımcan Ruleti

+++++++++++++Badımcan Ruleti
Yeməklər
10.09.2017 26
Lazım olan vəsaitlər:
1 paket nazik lavaş
3-4 dənə orta ölçüdə badımcan
4-5 xörək qaşığı mayonez.
Qara zirə, duz, sarımsaq zövqə görə və bitki yağı.

Hazırlanması:
1. Badımcanlar yuyuruq, silib quruduruq və bir neçə yerdən çəngəllə deşirik. Sonra 180°С qızdırılmış sobada yumşalana qədər bişiririk. Bundan sonra qoyuruq o soyusun. Soyuduqdan sonra onun qabığını ətli hissəsindən ayırıb ətli hissəsini blenderdən keçiririk.
2. Üzərinə kəsilmiş sarımsağı, zirəni, duzu və bir az bitki yağı əlavə etmək.
3. Lavaşı bərabər səthdə sərib, bir az mayonez sürtürük, sonra badımcan içliyini ora əlavə edirik. Bundan sonra lavaşı büküb qoyuruq. Beləliklə bütün lavaşları bu qaydada hazırlayıb düzürük.
4. Hazır ruletləri 10-15 dəqiqə ərzində qırağa qoyuruq qalsın, sonra isə onun mini ruletlərə bölüb süfrəyə təqdim edirik.


Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!