Günün Ləzizi: Diyet pizza resepti

Günün Ləzizi: Diyet pizza resepti
Yeməklər
10.09.2017 48
Kilo vermək üçün diyet etməyə başladınız ancaq canınız pizza yemək istəyir. O zaman buyurub hazırlaya bilərsiz bu resepti...

Vəsaitlər:

1 su stəkanı kəpəkli un 

3 yemək qaşığı rəndələnilmiş pomidor

3 yemək qaşığı duzsuz pendir 

1 ədəd pomidor 

Yarım dəstə ispanaq 

Yarım quru soğan 

3-4 ədəd göbələk

1 yemək qaşığı zeytunyağı

Su

Hazırlanması:

Pizza xəmirini hazırlamaq üçün dərin bir boşqaba unu alın. Ələ yapışmayacaq konsistensiyada xəmir əldə edənə qədər su əlavə edib yoğurun. Xəmiri; mərdanə köməyiylə incəcik açın və soba nimçəsinə yerləşdirin. Soğan, göbələk və ispanağı yuyub doğrayın. Tavaya; zeytunyağı və doğranmış soğan, göbələk və ispanağı alın. İspanaq suyunu çəkincəyə qədər orta atəşdə bişirin. Tavayı ocaqdan endirib soyuması üçün gözlədin. Pizza xəmirinin üzərini pomidor sousu və pendirlə örtün. İspanaqlı xərci xəmirin üzərinə yayın. Pomidoru xalqa şəklində dilimləyin. 180 dərəcəli sobada 30 dəqiqə bişirin. Dilimləyib sərvis edin.

Nuş olsun!

Tərcümə etdi: Günay Əliyeva
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!