Türk Mətbəxi- "Tantuni Yeməyi"

Türk Mətbəxi-
Yeməklər
10.09.2017 64
500 qr dana əti

Duru yağ

Qırmızı tozbibər

6 lavaş

Duz



İçlik:

4 pamidor

2 soğan

1 dəstə cəfəri

Sumağ

Duz

Hazırlanması:


Sinir və yağları alınmış əti quşbaşı doğrayın və nazik şəkildə yenə də doğrayın. 

Əti tavaya qoyub az su əlavə edərək qaynadın.

Sacı ocağın üzərində qızdırıb çox az duru yağ ilə yağlayın. 

Əti sacın bir qırağına alın. 

Tahta qaşıqla qarışdırın. 

Üzərinə çox az duru yağ gəzdirin. 

Qırmızı tozbibər və duz səpib qarışdırın.

Daha sonra cəfərini təmizləyib doğrayın. 

Pamidoru soyub doğrayın. 

Soğanı təmizləyib xırda doğrayın. 

Soğana sumağ əlavə edib bir qabda qarıştırın. 

Əti lavaşın üzərinə yerləşdirin. 


İçlik ərzaqlarını ətin kənarına yerləşdirib sıxca dürüm edin.

Nuş olsun! :nyam: 
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!