+++++++++Fındıqlı çörək

+++++++++Fındıqlı çörək
Yeməklər
10.09.2017 11
Evdə çörək hazırlamaq istəməzsinizmi?

Səhərlər ailə tərəfindən yenilən keyifli naharlara yoldaşlıq edəcək ləzzətli çörəklər bişirə bilərsiniz.

Budur, sizə ləzzətli bir çörək tərifi…



Tərkibi:


500 qr tam buğda unu

300 ml ilıq su

5 qr quru maya

1 su stəkanı fındıq

3 yemək qaşığı xaşxaş toxumu

Yarım çay stəkanı ilıq süd

2 yemək qaşığı günəbaxan yağı

Duz



Hazırlanması:

Un, maya, ilıq süd, duz, ilıq su, xaşxaş toxumu və yağı geniş bir kasada qarışdıraraq, yoğurun. Üzərini nəmli bir bezlə örtərək, 40 dəqiqə mayalanmağa buraxın.

Xəmirə fındıqları əlavə edib, təkrar yoğurun. Baton keks qəlibini yağlayıb, xəmiri içinə yerləşdirin.

Üzərini örtərək, təkrar 20 dəqiqə mayalandırın. Mayalanan xəmirin üzərinə bıçaqla dərin cızıqlar edib, un sərpin.

190 dərəcəyə nizamlı sobada qızarana qədər bişirin. Soyuduqdan sonra dilimləyərək, xidmət edin.



Nuş olsun!
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!