Günün Ləzizi: "Ərəb Ləzzəti - Maklube"

Günün Ləzizi:
Yeməklər
10.09.2017 65
Vəsaitlər:

750 qram ət

2 su stəkanı

düyü

3 su stəkanı isti su

3-4 ədəd orta boy

kartof,

1 çay stəkanı konserv

göy noxud,

1 ədəd orta boy kök,

duz,

qara bibər,

1 şorba qaşığı kərəyağı və ya marqarin

Plov üçün:

2 su stəkanı

düyü

3 su stəkanı isti su

Yarım su stəkanı qarğıdalı yağı,

duz

Kartofu qızartmaq üçün:

1 su stəkanı

maye yağ,

1 ədəd ət suyu həbi (arzuya görə)

Hazırlanması:

Düyü isti duzlu suda 15-20 dəqiqə gözlədin.

Ətləri qazana alaq. Üzərinə bir az çıxacaq qədər isti su əlavə edək. Orta hərarətli atəşdə bişirək Ətlər yumşaldığında içinə kərəyağını, duzu və qara bibəri əlavə edib, 5 dəqiqə daha bişirək. Konserv noxudu qatırıq və kubik doğranmış kartofu qızğın maye yağda yarı yarıya bişəcək şəkildə qızardırıq. Ətlərin üzərinə bir sıra kartof döşəyirik. Arzuya görə qazanın kənarlarına da bir sıra kartofu dik olaraq yerləşdirək.

Düyü suyunu süzüb, nişastası gedənə qədər bir neçə su yuyaq. Sularını süzək, ayrı bir qazana duru yağı götürüb, isidək. Düyü şəffaflaşana qədər qovuraq. Qovrulan düyüləri kartofların üzərinə yayaq. 3 su stəkanı isti suya arzuya görə 1 ət kubikini(qalina blanka)və kifayət qədər duzu əlavə edib, qarışdıraq. Ət suyu əridiyində qazanın kənarından yavaşca suyu boşaldaq. Qazanın qapağını örtüb, ağır atəşdə düyü suyunu çəkib, üzəri göz göz olana qədər bişirək. Atəştən alıb, qazanın üzərinə təmiz bir bez örtərək 15 dəqiqə dəmlənməyə buraxaq. Qazanı düz bir xidmət qabına tərs çevirərək yeməyimizi şəklini pozmadan diqqətlə çıxardaq.




Nuş Olsun!!! :nyam:



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!