+++++++++++Balıq küftəsi

+++++++++++Balıq küftəsi
Yeməklər
10.09.2017 14
Tərkibi:

1 Palamut

3 Orta boy soğan

2 Orta boy qaynadılmış kartof

1 Kəhvə fincanı fıstıq

1 Kəhvə fincanı quş üzümü

2 Yumurta,

1 Yemək qaşığı yeni bahar

Yarım dəstə süyüt

Duz, ıstiot, un, duru yağ

 
Hazırlanması:

 

Palamutu içinə bir soğan atılmış duzlu suda 20-25 dəqiqə qaynadın. Süzün, soyudun, qara yerlərini, dərisini və sümüklərini ataraq təmizləyin. Əlinizlə didikləyin. Yoğurmağa ən uyğun geniş bir qaba qoyun. Iki soğanı rəndələyin, 5 dəqiqə qaynadın. Süzüb balıqları əlavə edin. Eyni şəkildə iki kartofu qaynadın. Rəndələyib əlavə edin. Süyütü doğrayın, fıstıq və üzümü qarışdırın, iki yumurtanı qırın, yeni bahar, duz, istiot və toz şəkərdə əlavə edib hamısını birlikdə qarışdırın. Yaxşıca yoğurub ovucunuzla uzun kiftələr hazırlayın. Una batırıb qızğın duru yağda qızardın. Yoğurarkən kənara çıxan fıstıq və üzümləri barmaq ilə içəri itələyin. Qızardarkən kiftələrin ətrafındakı unun yanmamasına diqqət edin. Limon ilə birlikdə ilıq servis edin.
 
Nuş Olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!