Baliq buglamasi.

Baliq buglamasi.
Yeməklər
10.09.2017 9
Balıq Buğlaması
[/b][b]Azərbaycanda balıq buğlamasının bir çox növü var. Onlardan biri burada gördüyünüz bölgə (beluqa) balığından hazırlanan buğlamadır. Bölgə balığınız yoxdursa, onu bişdiyində dağılmayacaq hər hansı bir balıq növüylə əvəz edə bilərsiniz.
4 pay üçün
[/i]
1 kilo bölgə balığı (beluqa) - tikələrə bölünmüş

2 ədəd pomidor - qabığını soyub, doğrayın (2 stəkan alınmalıdır)

1 ədəd yaşıl bibər - doğrayın (1 stəkan alınmalıdır)

1 ədəd kərəviz sapı - doğrayın (yarım stəkan alınmalıdır)

yarım stəkan doğranmış cəfəri

2 ədəd dəfnə yarpağı

1 ədəd kiçik limon - 4 dilimə kəsilmiş

4 xörək qaşığı kərə yağı

duz, istiot



[i]Qazan və ya dərin tavanın dibinə balıqları düzün. Duz-istiot səpin. Qalan ərzaqları bu qaydada balığın üstündən lay-lay düzün - pomidor, bibər, kərəviz, cəfəri, dəfnə, limon, kərə yağı. Qazanın qapağını örtün və buğlamanı vam oddan təxminən 30 dəqiqə ərzində, və yaxud balıq bişənədək bişirin. Çörəklə süfrəyə verin. Nuş Olsun!




скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!