Kartof pizzası

Kartof pizzası
Yeməklər
10.09.2017 14
Vəsaitlər

1 ədəd kartof

1 ədəd yumurta

1 ədəd kiçik pomidor

5-6 dilim sosiska

Rəndələnilmiş kaşar pendiri

Maye yağ

Zeytun

Duz

Hazırlanması


Kartofu soyduqdan sonra çox incə olmayan dairələr şəklində doğrayın. Maye yağı tavaya qoyaraq  üzərinə kartofları əlavə edin. Tavanın üzərinə bir qapaq bağlayaraq orta odda kartoflar yumşalana qədər bişirin. Yumurtanı bir qabda yaxşıca çırpın və duzunu əlavə edin. İçinə qara bibər və ya istədiyiniz hər hansı bir ədviyyatı əlavə edə bilərsiniz. Daha sonra yumşalan kartofların üzərinə yumurtanı əlavə edin. Üzərinə kiçik kiçik doğradığınız pomidoru, sosiskanı, zeytunları yerləşdirin. Son olaraq da kaşar pendirini əlavə edin. Təkrar üzərinə bir qapaq bağlayaraq 2-3 dəqiqə pendirlər əriyənə qədər bişirin. Bişincə geniş bir xidmət qabına alaraq xidmət edin

 Nuş olsun

Mənbə:
Qadınlar.biz

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!