Şokoladlı şabalıd püresi

Şokoladlı şabalıd püresi
Yeməklər
10.09.2017 33
Tərkibi:
* 2 su stəkanı qaynadılmış xarici və daxili qabığı soyulmuş şabalıd
* 1/2 su stəkanı pudra şəkəri
* 2-4 yemək qaşığı arası süd kremi
* 1 paket bitter şokolad
* Bəzəmək üçün arzuya görə püstə
Hazırlanması:
Şabalıdları, pudra şəkərini və 2 yemək qaşığı kremi yaxşıca mətbəx robotundan keçirin.
Daha sonra əlinizə yapışmadan şəkil verə biləcəyiniz bir xəmir halına gələnə qədər krem əlavə edərək, robotu işlədib şabalıd pürenizi hazır hala gətirin. Soyuducuda yarım saat qədər qatılaşması üçün gözlədin.
Şokoladı içi qaynar su dolu bir qazanın üzərinə qoyduğunuz başqa bir kasada (benmari üsulu) əridin. 1 yemək qaşığı krem əlavə edin.
Şabalıd pürenizdən top və ya kiçik uzunca şəkillər verib, bir çəngəl köməyi ilə ərimiş şokolada bulayıb, qril telin və ya yağlı kağızın üzərinə götürərək, üstlərinə püstə səpin və soyumağa buraxın.
Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!