Badımcan lazanyası

Badımcan lazanyası
Yeməklər
10.09.2017 30
Tərkibi: 
3 ədəd bostan badımcan
250 qram yağlı qıyma
1 ədəd quru soğan
1 diş sarımsaq
1 xörək qaşığı tomat pastası
Yarım çay stəkanı isti su
2 xörək qaşığı zeytunyağı
Zövqünüzə görə duz, qara bibər
Üstü üçün:
1 su stəkanı rəndələnilmiş kaşar pendiri
Hazırlanması: 
Quru soğan və sarımsağın qabığını soyub küp küp doğrayın. Tavaya; bir yemək qaşığı zeytunyağını alıb üzərinə soğan və sarımsağı əlavə edin. Orta dərəcəli temperaturda, rəngi dəyişəni qədər qovurub qıymağı əlavə edin.
Qıyma, suyunu salıb çəkdikdən sonra sous və isti suyu əlavə edin. Orta dərəcəli temperaturda, suyunu çəkənə qədər bişirməyə davam edin. Duz və istiot əlavə edib qarışdırın. Tavanın ocaqdan endirib dəmlənməsi üçün gözlədin. Badımcanların qabıqlarını rəngarəng soyub xalqa xalqa doğrayın. Badımcanların üzərinə fırça köməyiylə zeytunyağı sürtün. Soba nimçəsində badımcanlar düzülüb üzərinə qiymalı qarışığı yayın. Qiymalı xərcin üzərinə bir qat daha badımcan dizin. Əvvəldən isidilmiş 180 dərəcə sobada badımcanlar qızarana qədər bişirin. Nimçədə sobadan çıxarıb badımcanların üzərinə kaşar pendiri səpin.
Təkrar sobaya qoyub pendir əriyib qızarana qədər bişirin. Badımcan lazanyası hazırdır.
 Nuş olsun. 
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!