Toyuqlu paxla şorbası

Toyuqlu paxla şorbası
Yeməklər
10.09.2017 33
Tərkibi:
*Yarım kilo paxla
*1 ədəd kiçik boyda quru soğan
*2 xörək qaşığı un
*1 xörək qaşığı qatıq
*1 xörək qaşığı limon suyu
*1 xörək qaşığı incə doğranmış şüyüd
*1 parça toyuq döş əti
*1 çay qaşığı şəkər tozu
*Zövqünüzə görə duz
*1 litr su

Hazırlanması:

*Paxlaları ayırd edib təmizləyin və şorba qazanına əlavə edin.
*Toz şəkər, duz, bir litr su və bir yemək qaşığı un əlavə edib yumuşalan qədər bişirin.
*Ayrı bir qazanda toyuq ətini yumuşayana qədər qaynadın.
*Qaynadılan toyuğu kiçik parçalara bölüb şorba qazanına əlavə edin.
*Qatıq, limon suyu və bir yemək qaşığı unu qarışdırıb şorbaya əlavə edin.
*Yaxşıca qarışdırdıqdan sonra bir azca qaynadın.
*Şüyüd və duzunu əlavə edib şorbanı ocaqdan endirin və blenderle çəkin.
*Kasada pay edib xidmət edin.
Nuş olsun. 
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!