Tərəvəzli toyuq dolması

Tərəvəzli toyuq dolması
Yeməklər
10.09.2017 39
Tərkibi:
1 ədəd bütün toyuq

İçi üçün:
4 ədəd kök
3 ədəd orta boy kartof
2 ədəd quru soğan
2 diş sarımsaq
3 xörək qaşığı düyü
Zövqünüzə görə duz

Sousu üçün:
5 xörək qaşığı qatıq
2 xörək qaşığı tomat pastası
1 çay qaşığı kəklik
1 çay qaşığı qara bibər
Zövqünüzə görə duz

Bişirmək üçün:
1 ədəd soba paketi

Hazırlanması:
Kök, kartof, soğan və sarımsağın qabıqlarını soyub kub şəklində doğrayın. Düyünü bol suyla yuyub suyunu süzün.
Dərin bir qabın içərisində tərəvəzlər, düyü və duzu qarışdırın. Bütün toyuğun içini yaxşıca təmizləyin.
Hazırladığınız məhlulla toyuğun içini doldurun.
Sousunu hazırlamaq üçün lazımlı vəsaitləri qarışdırıb toyuğa sürün. Toyuğu soba poşetinə qoyub ağızını qoşun.
200 dərəcə sobada təxminən 1 saat bişirin.

Nuş olsun!

/Mənbə: Qadınlar.biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!