Qaymaqlı Vanilli Dondurma - [Foto Resept]

Qaymaqlı Vanilli Dondurma - [Foto Resept]
Yeməklər
10.09.2017 68
Dondurma sevənlər üçün sürpriz! Dükkandan dondurma almaq yerinə,
artıq dondurmanı özünüz hazırlaya bilərsiniz. Lap reklam kimi səsləndi
ki:) Dondurma hazırlamaq o qədər də çətin iş deyil. Dondurma maşını
olanlar üçünsə, bu iş daha da yüngülləşir. Maşınınız yoxdursa, narahat
olmayın, aşağıda dondurmanın maşınsız necə hazırlaması detallı şəkildə
izah olunur. Maşın sadəcə olaraq dondurmanı qarışdırmaq və bərkitmək
üçün istifadə olunur. Bunu bizim üçün öz əllərimiz, mikserimiz,
soyuducumuz və buzluğumuz da edə bilər.
Bu reseptdən olduqca ləzzətli qaymaqlı dondurma alınır. Lap Bakıda
əvvəllər satılan plombirin dadını verir. Siz də hazırlayıb dadına baxın,
yayın gəlişini dondurma ilə qeyd edin.
DİQQƏT! DİQQƏT! - Ayırdığınız yumurta ağlarını soyuducuya qoyun.
Yumurta ağı soyuducuda qapağı bağlı qabda bir həftəyə dək qala bilər.
Tezliklə sizə onları istifadə edə biləcəyiniz sürpriz şirniyyat resepti
çatdıracağam!

QAYMAQLI VANİLLİ DONDURMA

Resept Dori Qrinspənin "Baking: From My Home to Yours” kitabından bəzi dəyişikliklər edilməklə  götürülmüşdür.



Ərzaqlar
2 stəkan süd
2 stəkan qaymaq
5 iri yumurta sarısı (yumurtalar balacadırsa, 6 yumurta sarısı istifadə edin)
3/4 stəkan şəkər tozu
2 çay qaşığı vanil ekstaktı (pure vanilla extract)

QEYD: Vanil ekstaktl duru olur. Supermarketlərdə olmamış olmaz. Əgər
yoxdursa, onun əvəzinə yarım çay qaşığı vanil tozu istifadə edə
bilərsiniz. Belə  halda, vanil tozunu addım 2-d
ə yumurta və şəkər qarışığına əlavə edib qarışdırın.



1. Südü və qaymağı qazana qoyub (dibi qalın olsun ki, dondurma yanmasın), orta odda qaynadın. Qaynayan kimi kənara çəkin.
2. İri qabda yumurta sarısı və şəkər tozunu mikser və yaxud da
qaşıqla rəngi bir az açılanadək və kütlə bir qədər qatılaşanadək çalın.
Mikserlə təxminən 3 dəqiqə, qaşıqla təxminən 6 dəqiqə.
3.  Qaynatdığınız süd-qaymağı  təxminən 1/3-ünü yavaş-yavaş yumurtalı
qarışığa əlavə edib qaşıqla dəyanmadan qarışdırın ki, yumurta 
bişməsin. Sonra qalan qaynar süd-qaymağı da tədricən yumurtaya əlavə
edib qarışdırın.
4. Alınan qarışığı qazana geri tökün. Orta odda taxta qaşıqla
dəyanmadan qarışdıra-qarışdıra kütlə bir az qatılaşanadək bişirin. Bu
proses təxminən 7 dəqiqə çəkəcək. Süd qaynamamalıdır! İlk etapda südlü
qarışığın üzünə çıxan köpüklər qarışıq hazır olana yaxın yox olacaq.
Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta
qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ
gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət
çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı
istənilən kimidir.


5. Qazanı kənara çəkin. İri, soyuğa dayanaqlı bir qabın (qapağı da
olsun, sonra lazım olacaq) üstünə süzgəc qoyun. Südlü qarışığı süzgəcdən
keçirmək şərtilə qaba boşaldın. Vanil ekstraktını qaba əlavə edib,
qarışdırın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun - ən az 3
saat ərzində, ən çox isə bir gecə ərzində.
6. Soyumuş dondurmanı soyuducudan çıxardın. Qapağını örtüb buzluğa
qoyun. Təxminən 45 dəqiqə sonra çıxardıb, ya mikserlə ya da qaşıqla
yenidən bərk-bərk çalın. Dondurmanı buzluğa geri qoyun. Bundan sonra iki
dəfə hər 30 dəqiqədən bir eyni addımı təkrarlayın. Bu addım ona görə
lazımdır ki, dondurma buz bağlamasın və  daha qaymaqlı olsun (aşağıdakı
şəkildə dondurma buzluqdan qarışdırılması üçün çıxardılmışdır).
Dondurmanı buzşuğa qoyun və tamamilə bərkiməsini gözləyin. Dondurmanız
hazırdır. Dondurmanı qablara paylaşdırdıqdan sonra bir neçə dəqiqə
gözləyin ki, dondurma bir az yumuşalsın, özünə gəlsin. Nuş Olsun!


  Hazirladi: Feride S.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!