Toyuq Çığırtması - Foto Resept

Toyuq Çığırtması - Foto Resept
Yeməklər
10.09.2017 74
Çığırtma sözü Azərbaycan mətbəxinə yad
deyil. O qədər çığırtma növümüz var ki. İspanaq Çığırtması, Pomidor
Çığırtması, Kartof Çığırtması, Badımcan Çığırtması, Qiyma Çığırtma və
sairə.  Bu yeməkləri birləşdirən odur ki, hamısının üzərinə ən axırda
çırpılmış yumurta tökülüb bişirilir.  Toyuq Çığırtması belə yeməklərdən
biridir. Çox ləzzətli olur. Bu yeməyin bişirmə üsulu şəhərdən şəhərə,
rayondan rayona, hətta ailədən ailəyə bir az da olsa dəyişir. Mənim
üsulum isə burda gördüyünüzdür. Toyuq əti bişdikdən sonra mən onu bir
müddət pomidor və soğanla vam odda bişirirəm ki, dadlar bir birinə
qarışsın və pomidorlu sous yumşalsın. Yumurtanın sayını isə çox
eləmirəm.  Yeməyə limon turşusu əlavə edir. Məncə ləzzətli olar. Gərək bir gün
onun da metodundan istifadə edim. Eşitdiyimə görə Səlyan rayonunda da
toyuq çığırtmasını limon suyuyla bişirirlər. Bəs siz bu yeməyi necə
bişirirsiniz? Maraqlıdır.

TOYUQ ÇIĞIRTMASI
4-6 porsiya üçün nəzərdə tutulub



Ərzaqlar
3 xörək qaşığı bitki yağı
2 xörək qaşığı kərə yağı
1 iri baş yarım-halqalara doğranmış soğan
1 kilo tikələrə bölünmüş toyuq əti (mən sümüksüz bud ətindən istifadə edirəm.Təxminən 10 tikə olmalıdır)
1 çay qaşığı duz
1/4 çay qaşığı istiot
4 xırda doğranmış iri yetişmiş pomidor
3 yüngülvari çalınmış yumurta
zövqə görə doğranmış keşniş
QEYD1: Əgər pomidorlarınız yaxşı yetişmiş ve sulu deyilsə, onda yarım stəkan qaynar suda 1 xörək qaşığı tomat yumuşaldın və pomidorlarla bərabər yeməyə əlavə edin.
QEYD 2: Bu yemək
sobada bişirilib birbaşa süfrəyə də verilə bilər. Bunun üçün yumurtanı
əlavə etməzdən əvvəl yeməyi soba qabına boşaldıb üzərinə yumurta əlavə
edib
200C dərəcəlık sobada yumurta bərkiyənə qədər bişirin. Sonra Çığırtmanı elə o qabdaca süfrəyə verin.

1. Tavada 2 xörək qaşığı bitki yağı qızdırın və soğanı əlavə edib təxminən 10 dəqiqə qızardın. Qızarmış soğanı ayrı qaba boşaldıb,  qabı kənara qoyun.
2. Qalan bitki yağını və kərə yağını soğanı qızartdığınız tavada qızdırın. Qeyd: Ərinmiş yağdan istifadə edirsinizsə, onda bitki və kərə yağının yerinə 3 xörək qaşığı  ərinmiş yağ istifadə edin. Yağa toyuq tikələrini əlavə edib hər iki tərəfini yaxşıca qızardın.

3. Toyuğa duz və istiot vurun. Üztünə qızarmış soğanı,  doğranmış
pomidoru da əlavə edin. Tavanın qapağını örtün və yeməyi arada
qarışdıraraq orda odda təxminən 25 dəqiqə ərzində toyuq əti yumuşalana
qədər bişirin.

4. Çalınmış yumurtaları toyuğun üzərinə tökün. Tavanın qapağını örtün
və yeməyi yumurta bir az bərkiyənə kimi (təxminən 5-7 dəqiqə çəkir)
bişirin. Bu müddət ərzində tavanı qarışdırmayın! Toyuq Çığırtmasını
süfrəyə verməzdən əvvəl üstünə zövqə görə doğranmış keşniş səpin. Çörək
və ya plovla yeyin. NUŞ OLSUN!


Müəllif: Fəridənin Yemək Kitabıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!