Ispanaq Çığırtması - Foto Resept

Ispanaq Çığırtması - Foto Resept
Yeməklər
10.09.2017 9
İspanaq vitamini bol olan tərəvəzlərdəndir. Dəmir çatışmazlığının ən
güclü dərmanlarındandır. Mən ispanağı tək başına bişirildiyində çox
bəyənməsəmdə, yumurtayla bişirilən halını bəh-bəhlə yeyirəm. Sizə də
məsləhət görürəm.
ISPANAQ ÇIĞIRTMASI
4 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
1 kilo ispanaq
5 xörək qaşığı duru yağ və ya kərə yağı
1 baş soğan
zövqə görə duz
zövqə görə istiot
4 yumurta
Sarımsaq-Qatıq üçün
1 stəkan qatığa 2-3 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın
1. İspanağı yaxşıca yuyun və süzün.
2. İri qazanı suyla doldurun və qaynadın. İspanağı suya salıb təxminən 3 dəqiqə ərzində pörtlədin.
2.
İspanağı sudan çıxardın və aşsüzənə qoyub süzün. Suyunun tamamilə
çıxması üçün ispanağı əlinizlə sıxın. Süzülmüş ispanağı iri-iri
doğrayın.
 
3.
Tavada yağı qızdırın. Soğanı xırda-xırda doğrayıb tavaya əlavə edin və
təxminən 7 dəqiqə ərzində qızardın. Üstünə ispanağı əlavə edib, təxminən
5-10 dəqiqə bərabər qızardın. Zövgə görə duz və istiot vurun.
 
4.
Yumurtaları bir qaba qırıb qarışdırın. İspanağın üstünə tökün. Yumurta
hər tərəfə yayılsın deyə, tavanı o tərəf bu tərəfə əyin. Tavanın
qapağını örtün və təxminən 7-10 dəqiqə ərzində, və yaxud yumurta
bərkiyənə qədər qarışdırmadan bişirin.
 
5.Süfrəyə sarımsaq-qatıqla verin. Nuş Olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!