Demet Akalından xanımlara xüsusi olaraq yemək resepti

Demet Akalından xanımlara xüsusi olaraq yemək resepti
Yeməklər
10.09.2017 17
Əziz xanımlar, bu dəfə müvəffəqiyyətli sənətçi Demet Akalın sizə ağız dadınıza fərqlilik qatacaq bir yemək reseptini təqdim edir. Hazırlanması asan, tərkibindəki vəsaitərin çoxları tərəfindən sevilərək yeyilməsi sizin və  ailənizin də sevimli yeməkləri sırasına qatıla bilər

Vəsaitlər
250 qram orta ölçüdə doğranmış dana əti
250 qram göbələk
3 ədəd yaşıl dolmalıq bibər
3 ədəd sarı dolmalıq bibər
3 ədəd pomidor
1 ədəd quru soğan
4 diş sarımsaq
5 xörək qaşığı soya sousu
2 xörək qaşığı duru yağ

Hazırlanışı

Dərin bir tavaya duru yağı əlavə edib isidirik və ətləri əlavə edirik.
Göbələkləri yuyub dilimləyirik və tavaya əlavə edirik.
Göbələklər suyunu çəkənə qədər orta odda bişirməyə davam edirik.
Bibər, quru soğan, sarımsaq və pomidorları doğrayıb tavaya əlavə edirik.
Pomidorlar suyunu yüngülcə çəkənə qədər bişirməyə davam edirik.
Soya sousunu əlavə edib qarışdırırıq və tavanın qapağını bağlayırıq.
10 dəqiqə az odda bişirdikdən sonra yeməyimiz hazır olur!

Yeməyin püf nöqtələri:

Ətin yumuşaq olmasını istəyirsinizsə, bişirmədən bir saat əvvəl soyuducundan çıxarıb otaq istiliyinə gəlməsini təmin edin.
Soya sousu özündən duzlu olduğu üçün yeməyə qatdıqdan sonra duz əlavə etmirik.

/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!