Zeytun yağlı brokoli

Zeytun yağlı brokoli
Yeməklər
10.09.2017 20
Tərkibi:
* Yarım kq brokoli

* 1 ədəd qırmızı bibər

* 1 ədəd sarı bibər

* yarım limon

* 1 ədəd yumurta

* 10-15 ədəd pomidor

* 1 ədəd kök

* 2 ədəd soğan

* Yarım su stəkanı zeytun yağı

* 1,5 litr su

* 1 çay qaşığı şəkər

* duz

* qara bibər



Hazırlanması:
Dərin bir qazanın yarısından çoxunu su ilə doldurun. Yarım kilo brokolini suyun içərisinə ataraq 15 dəqiqə qaynadın. Qaynadılmış olan brokolini bir qaba əlıavə edin. Bu vaxt başqa bir qazanda yarım su stəkanı zeytun yağı və kub-kub doğranmış soğanları qovurun.

Üzərinə kökü incə dilimlər halında doğrayın və soğanlar ilə qovurun. Sarı və qırmızı bibərləri də incə dilimlər halında doğrayaraq qazana atın və bir neçə dəqiqə daha qovurun. Duz, qara bibər və şəkər əlavə etdikdən sonra balaca pomidorları doğramadan qazana əlavə edin. Üstünə 2-3 su stəkanı isti su tökün. Suyu tökəndən sonra qaynadılmış olan brokolini də əlavə edərək orta temperaturda 10-15 dəqiqə bişirin. Bir kasada yumurtanın sarısı və yarım limonu qarışdıraraq qazana əlavə edin. Yumuşalmış vəziyyətdə olan brokoli yeməyi hazırdır.
Nuş olsun  

/Mənbə: Qadınlar.biz/ скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!