Ispanaqlı Börək + Pendirli Börək

Ispanaqlı Börək + Pendirli Börək
Yeməklər
10.09.2017 26



Türk mətbəxində ən çox sevdiyim yeməklərdən biri də börəkdir. Börək
duzlu piroq hesab olunur. Bir çox börək reseptləri vardır ki, onlar da
Türkiyədə bölgədən-bölgəyə, həm ölüçüsünə, həm də formasına görə
fərqlənir. Balaca və ya böyük rulet formasında, burma, sprial şəkilli,
zərf kimi sarılmış və s. Bu börəklərin içliyi də fərqli ola bilir.
Fərqli olmalarına baxmayaraq börəklərin hamısı yuxadan hazırlanır, həm
də adi yuxadan. Börək üçün yuxanın içliyi ət, ispanaq, pendir, kabaçok,
göbələk, sucuq, kartof və s. tərəvəzlər ola bilər. Sizə təqdim edəcəyim
qat-qatlı ispanaqlı börəyin resepti qaynanamın resept
kolleksiyasındandır. O, tanıdığım ən yaxşı börək ustasıdır.
Eyni resepti siz pendir, qiymə ət, və yaxud digər içlikli börəyi
hazırlayarkən də istifadə edə bilərsiz. Yəni zövqə görədir. Bunu üçün
sizə mağazadan türk börəyini hazırlamaq üçün çiy "yufka” xəmiri almaq
lazım olacaq. Əgər "yufka” olmasa hər mağazada satılan adi nazik, böyük
yuxalardan alıb istifadə edə bilərsiniz.
Ispanaqlı Börək

Ərzaqlar:

Diametri 50 sm olan 3 ədəd yufka (əgər böyükdürsə 2 ədəd yufakadan birini iki hissəyə ayırmaqla 3 hissə əldə etmək olar.)
İçlik üçün:
4 xörək qaşığı zeytun yağı və yaxud adi ərinmiş yağ
1 ədəd orta ölçülü doğranmış soğan
250 qram təzə ispanaq
½ fincan iri doğranmış brınza və yaxud digər ağ pendir
Duz (əgər pendir duzsuzdursa) və zövqə görə döyülmüş qara istiot
Yuxaların üzərinə çəkmək üçün südlü sousa lazım olanlar:
1 fincan süd
2 yumurta (yumurtalardan birinin sarısını sonda börəyin üzərinə çəkmək üçün saxlamaq lazımdır)
½ çay qaşığı qabartma tozu (vacib deyil, lakin deyilənə görə qabartma tozu yuxa qatlarını bir qədər şişirdir)
1/3 fincan zeytun yağı
Börəyin üzərinə çəkmək üçün:
1 yumurtanın sarısı+ bir neçə xörək qaşığı süd və ya qatıq
Üzərinə səpmək üçün küncüd və ya qara zirə lazımdır
****
Hazırlanma qaydası

İçlik üçün: Tavaya yağ tökülüb qızdırılır, soğanlar rəngi qızılı
olanadək yavaş-yavaş qarışdırılaraq qovrulur,ocaqdan götürülüb kənara
qoyulur. Ispanaq yuyulub təmizlənir, iri-iri doğranılır, böyük bir qaba
yığılır. Üzərinə təxminən 2 xörək qaşığı su çilənir, bir neçə cimdik duz
tökülür. İspanaqlar yumşalanadək əllə ovxalanır. Sonra ispanaqlar
sıxılır, suyu tamamən süzülüb qurudulur. Bir qabda qovrulmuş soğan,
doğranmış pendir və ispanaqlar qarışdırılır. Əgər pendir duzsudursa
əlavə duz qatmaq olar, zövqə görə içliyə istiot və qırmızı toz bibər da
qatılır.

Südlü sousun hazırlanması: Qabda bütün ərzaqlar- süd, yumurta, zeytun
yağı, (istifadə edirsinizsə, qabartma tozu) yaxşıca qarışdırılır.
Soba 190C dərəcədə əvvəlcədən qızdırılır.
Börək hazırlanacaq iri tava və ya istiyədayanıqlı qab (şəkildəki
kimi) yüngülcə yağlanır. Birinci yuxa tavaya yeləşdırılır. Elə etmək
lazımdır ki, birinci yuxanın kənarları tavadan bayıra sallansın.(
Birinici börəyin kənarları sonra digər qatların üzərinə qatlanacaq.)
Südlü sousun 1/3 hissəsi birinci yuxanın üzərinə hər tərəfən bərabər
şəkildə çilənir. İkinci yuxa qırışmış formada yerləşdırılır. Yuxa tavaya
elə yerlədiriliməlidir ki birinici yuxadadan fərqli olaraq tavanın
kənarlarından sallanmasın. Südlü sousdan ikinci yuxanın üzərinə
birincidə olduğu kimi yaxılır. Hazırlanmış içlik ikinci yuxanın üzərinə
bərabər şəkildə yayılır və üzərinə üçüncü yuxa,yenə də qırışmış şəkildə
yerləşdirilir. Qalan südlü sous yuxanın səthinə yaxılır, birinci yuxanın
tavadan sallanmış kənarları sonuncu qatın üzərinə örtülür.

Yumurta sarısı, süd (qatıq) qarışıdırılıb çalınır, börəyin üzərinə çəkilir. Sonda üzərinə küncüd yaxud qara zirə səpilir.
Börək sobanın orta gözündə,üzəri qızaranadək,təxminən 35-40 dəqiqə
bişirilir. Bişdikdən sonra börək sobadan çıxarılır, 10-15 dəqiqə kənara
soyumağa qoyulur. Börəyin üzəri bir qədər bərk olur, lakin soyuduqdan
sonra yumşalır (bir qədər soyumuş börəyin üstünü çay dəsmalı ilə
örstəniz, bir müddət sonra börəyin üstü yumuşalacaq). Soyuduqdan sonra
börək kvadrat şəklində biçaqla hissələrə bölünür. Boşqaba yerləşdirilib
süfrəyə verilir.

*Pendirli içlik üçün ispanaq əvəzinə yalnız pendir qoya bilərsiz. Bunun üçün doğranmış 3 fincan brınza yaxud istənilən ağ pendiri 2
yumurta, iri çimdik doğranmış cəfəri ilə birgə qarışdırmaq lazımdır.
Pendir duzsuzdursa əlavə duz qatılır.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!