Amerikasayağı Alma Piroqu

Amerikasayağı Alma Piroqu
Yeməklər
10.09.2017 39

 
Amerikasayağı Alma Piroqu
 
 
Amerikanın ən məşhur şirniyyatlarından biri almalı piroqdur. Mən də
çox xoşlayıram, evdə hazırlananı isə lap çox. Bişirilməsi çətin
deyil. Qəliz heç nə yoxdur. Xəmirin hazırlanma qaydasını əvvəlki yazıdan öyrəndik, indi isə gəlin xəmiri almayla dolduraq olsun alma piroqu. Ləzzət!


Alma Piroqu
Resept  "Martha Stewart’s Cooking School” kitabından adaptə edilmişdir

[b][/b]
İçini doldurmaq üçün:
1.5 kq assorti alma /istənilən sort alma ola bilər/ - qabığı soyulub,çəyirdəyi çıxarılmış almalar 6 mm qalınlığında dilimlənir.
¾ fincan şəkər tozu
2 xörək qaşığı un və ya 1+ 1/2 xörək qaşığı qarğıdalı nişastası
1 xörək qaşığı təzə limon şirəsi
¾ çay qaşığı döyülmüş darçın (çox istəsəniz 1 qaşıq götürə bilrəsiz)
¼ çay qaşığı döyülmüş zəncəfil (zövqə görə qatmamaq da olar)
¼ çay qaşığı duz
2 xörək qaşığı xırda doğranmış duzsuz kərə yağı


Xəmir Üçün:



Piroq xəmiri


Xəmirin üzərinə çəkmək üçün:
1 böyük yumurtanın sarısı
1 xörək qaşığı qaymaq
Üzərinə səpmək üçün təxminən 1 xörək qaşığı şəkər tozu


Hazırlanması:
İçliyi hazırlamaq üçün bir qaba doğranmış almalar,şəkər tozu,un,limon
şirəsi,darçın,zövqə görə zəncəfil və duz tökülüb qarışdırılır.
Piroq üçün yayılmış xəmir bişiriləcək yumru piroq boşqabın içinə yayılır,üzəri almalı içlik ilə
doldurulur və üstünə yağ tikələri yerləşdirilir.  İkinci xəmir yayılır
və ikinci qat kimi içliyin üzərinə qoyulur. Mətbəx qayçısı ilə hər iki
qatın artıq qalan kənarları 2.5sm-də kəsilir. Sonra hər iki qatın
kənarları barmaqla basılıb birləşdirilir və bükülür. Baş barmaq və
şəhadət barmaqla burulur /eyni zamanda digər şəhadət barmaqla xəmir
ehmalca geri basılır. Xəmirin kənarları bu qayda ilə burulmalır. Sonda
xəmirin yuxarı hissəsində bıçaqla 7.5sm uzunluğunda uzununa 5 kəsik
qoyulur. Bişmədən öncə piroq soyuducuda 20 dəqiqə saxlanılır.
Soba öncədən 205C dərəcə tempraturunda isidilir.


Amerikasayağı Alma Piroqu


Yumurtanın sarısı ilə qaymaq bir qabda qarışdırılır,fırça ilə xəmirin
yuxarı hissəsinə çəkilir.( İstəyə görə soyuqduqdan sonra xəmirin yuxarı
hissəsində bıçaqla yarpaq və ya digər forma da kəsilə bilər) Sonra
üzərinə şəkər tozu səpilir. Sobaya qoyulur. (Piroqun şirəsi axıb
tökülməsin deyə folqa da yerləşdirilir.) 10 dəqiqə bişirilir,sobanın
tempraturu 190 dərəcəyə endirilir. Piroqun alt və üst hissəsi qızılı
rəngə çalana və içindəki şirə köpüklənənədək təxminən 1 saat bişirilir.
Bişmiş piroq sobadan çıxarılır,içlik özünü tutanacan təxminən 2 saat
soyudur. Süfrəyə isti halda yaxud otaq tempraturunda verilir. Əgər piroq
bütün gecəni qalacaqsa o zaman folqa ilə üzəri örtülür və otaq
tempraturunda saxlanılır. Piroqu soyuducuya qoymaq olmaz,çünki nəm
çəkər.//Fəridənin Yemək Kitabı


 
Amerikasayağı Alma Piroqu
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!