Küftə bozbaş

Küftə bozbaş
Yeməklər
10.09.2017 65
Tərkibi:Sümüklü ət
Qiymə ət
1 soğan
1 pomidor
Düyü
Duz ,istiot, bir reyhan yarpağı
Nanə, sarıkök, quru alça, noxud
Hazırlanması:
Əvvəl sümüklü əti yuyub bir qazana qoyuruq, soğanında qabığın soyub başından iki yerə yarımçıq formada kəsib suya atırıq və qazanı qaynamağa qoyuruq orta odda. Çəkilmiş ətə düyü, sarıkök, duz, istiyot, dağ kəklikotu, dağ otu, giləmərzə və reyhanın yarpağın xırda doğrayıb vuraraq ətimizi qatışdırırıq. Əti hazırladıqdan sonra küftələrimizi düzəldirik. Əti əlimizin içinə qoyaraq ətin içinə bir quru alça qoyub əti top formasında yumru hala gətiririk. Qaynamağa qoyduğumuz sümüklü ət qaynamağa düşəndə onun kəfin yığırıq. Ətin kəfin təmiz yığdıqdan sonra içinə quru alça atırıq və əti təmiz bişiririk. Yeməyimiz yağa düşəndə hazırladığımız küftələri içinə tökürük. Yeməyin bişməyinə 15 dəq qalmış kartoflarıda tökürük. Kartoflar bir az bişdikdə doğranmış pomidoru töküb yeməyi təmiz bişməyə qoyuruq orta odda. Və artıq yeməyimiz hazırdır. Əziz xanımlar, indi deyərsiz ki, bəs noxud hanı? Məndə noxud olmadığına görə noxudsuz hazırlamışam. Burda Azərbaycanda olan noxuddan tapmaq çətindi. Yeməyi süfrəyə verəndə nanə və sumaq da qoyulur zövqə görə.
Nuş olsun.


/Mənbə: Qadınlar.biz/



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!