Qırmızı Mərci Şorbası (Foto Resept)

Qırmızı Mərci Şorbası (Foto Resept)
Yeməklər
10.09.2017 41
Oxucularımın çoxsaylı istəklərini nəzərə alaraq, bu gün onlara Türk
mətbəxinin ən çox sevilən şorbası olan Mercimek Çorbasının necə
hazırlanmasını izah edəcəyəm. Bu şorba Türkiyənin müxtəlif yerlərində
bir az fərqli qaydada bişirilsə də, içində istifadə olunan ərzaqların
hamısı, demək olar ki, eynidir. Bəzi yerlərdə buna  müxtəlif ədviyyalar
da qatırlar. Mənim bişirdiyim üsul Türkiyədə daha çox bilinən üsuldur.
Sizə iki resept verirəm. Aralarındakı fərq cüzidir. İstədiyinizi seçib,
bişirin. Mən hər ikisini də bəyənirəm.

Qırmızı Mərci Şorbası (Foto Resept)


Qırmızı Mərci Şorbası (Kırmızı Mercimek Çorbası)

4 porsiya üçün nəzərdə tutulub

1 stəkan  qırmızı mərci
1 ədəd orta boy soğan - xırda-xırda doğrayın
1 ədəd orta boy yerkökü  - xırda-xırda doğrayın
1 ədəd orta boy kartof - xırda-xırda doğrayın
1 xörək qaşığı tomat (tomat pastası)
6 stəkan su
zövqə görə duz
zövgə görə istiot (şorbanın acı olmasını istəyirsinizsə, bir az acı qırmızı pul bibər əlavə edin)
1-2 qaşıq yağ
Üstü üçün (bu zəruri deyil və şorbanın süfrəyə verəndə gözəl görünməsi üçün edilir -  şəkildəki kimi)
2 x. qaşığı kərə yağı və yaxud zeytun yağı
1/3 çay qaşığı qırmızı şirin bibər tozu (paprika)

Qırmızı Mərci Şorbası (Foto Resept)


Süfrəyə vermək üçün:
limon
çörək
Variant 1:
Mərci, soğan, kartof, yerkökü və suyu bir qazana qoyub qaynadın.
Orta  odda üstünü örtmədən təxminən 20-25 dəqiqə ərzində bişirin. Bu
müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez
qarışdırın ki, dibi yanmasın. Ərzaqlar yumuşalanda, blenderdən keçirin
ki, püre halına gəlsin. Duz və istiot vurun. Şorbanızın daha ləzzətli
olması üçün yağ əlavə edib qarışdırın. Dİyetik şorba istəyirsinizsə,
onda yağa gərək yoxdur.
Şorbanı qablara tökün. Üstünü bəzəmək istəyirsinizsə, balaca tavada
yağı qızdırın. Qızan kimi, şirin bibər tozunu yağa əlavə edin (fışıldamalıdır). Sonra isə bu sousdan bir az qabdakı şorbalara  tökün. [/b]
Şorbanın üstünə limon sıxıb, çörəklə yeyin.
Variant 2:
Mərci, kartof, yerkökü və suyu bir qazana qoyub qaynadın. Bu vaxt
soğanı yağda bir az qızardın. Üstünə tomatı əlavə edib,
qarışdıra-qarışdıra bişirin. Sonra bu qarışığı mərci olan qazana tökün.
Qoyun hamısı bir yerdə yumuşalanadək bişsin. Bu müddət ərzində şorbanın
üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın.
Ərzaqlar yumuşalanda, blenderdən keçirin ki, püre halına gəlsin. Duz və
istiot vurun.
Şorbanı qablara tökün. Üstünü bəzəmək istəyirsinizsə, balaca tavada yağı qızdırın. Qızan kimi, şirin bibər tozu əlavə edin (fışıldamalıdır). Sonra isə bu sousdan hər qaba bir az tökün. [b]
Şorbanın üstünə limon sıxıb, çörəklə yeyin.
QEYD 1: Bu şorba qaldıqca qatılaşır. Üstünə su əlavə edib qarışdırın.
QEYD 2: Əgər blenderiniz yoxdursa, onda ərzaqları ya
kartof əzənlə əzin, ya da heç əzməyin. Belə halda kartof və yerkökünü
sürtkəcin iri dişlərindən keçirin ki, bişəndə ərisinlər.
Afiyət Olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!