Talış mətbəxti: Giləşami plov

Talış mətbəxti: Giləşami plov
Yeməklər
10.09.2017 35
Tərkibi:
Ət-400 qr
Çəfəri-gözə yarı
Duz, istiot
Turş nar giləsi
2 stakan düyü
Hazırlanması:
Əvvəlcə maşından çəkilir, ona soğan vurulur, sonra cəfərini yuyuruq, ətin üstünə çəkirik. Hazırladığımız ətə duz, istiot vurub qatışdırırıq və bir tavaya tökürük. Tavaya tökdükdə azca ətin suyu çıxanda üstünə çox az miqdarda su əlavə edib pörtdədirik. Suyu çəkilməyə az qalmış yağ əlavə edib qatışdırırıq. Giləşamimizin hazır olmağına az qalmış turş nar giləsindən bir qaşıq töküb qatışdırırıq və qapağın qoyub  oddan götürürük. Plovda bir fərq onda olacaq ki, düyünün altına yarım istəkan süd əlavə edib, yağ töküb plovu dəmə qoyuruq. Artıq yeməyimiz hazırdır. Bizim evdə cəfərili xoşladıqlarına görə ətə cəfəri vururam. Bunu cəfərisiz edənlər bir pomidor vura bilərlər.
Nuş olsun.


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!