Lahmacunu evdə bişirin

Lahmacunu evdə bişirin
Yeməklər
10.09.2017 92
Əziz yemək bişirmə həvəskarları, Sizə Türk mətbəxindən bir çoxumuzun sevərək yediyi lahmacunun hazırlanma qaydasını anlatacağam.
Xəmiri üçün.1 kq un,1 paket yaş maya,1desert qaşığı şəkər tozu,1/2 çay stəkanı duru yağ,DuzXəmirin yoğurulması üçün ehtiyac qədər su
İçi üçün.½ kq dana qiyməsi,½ dəstə cəfəri,4 ədəd pomidor,7 ədəd soğan,1 xörək qaşığı qırmızı istiot3 q duru yağ3 qaşıq tomat pastası
Hazırlanma Qaydası: Xəmirə lazım olan ərzaqları bir qaba töküb yoğurun. Daha sonra xəmiri yarım saat acımağa qoyun. Sonra içi hazırlayın. ½ kq qiyməni qovurun, iç üçün lazım olan digər ərzaqların hamısını mətbəx dəzgahından keçirin və qovrulan qiymə ilə qarışdırın. Xəmiri 24 parçaya bölüb, tək-tək açdıqdan sonra üzərinə iç üçün hazırladığınız qarışığı sürtün. Sonra sobada (və ya kürədə) bişirin. Süfrəyə ayran və zövqə görə cəfəri, incə dilimlənmiş soğan, limon, pul bibər ilə təqdim etməyi unutmayın.
Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!