Çin börəyi

Çin börəyi
Yeməklər
10.09.2017 20
Tərkibi:

1 ədəd kök

1 ədəd orta boy soğan

10 ədəd təzə paxla

2 diş sarımsaq

1 ədəd şirin qırmızı bibər

1 ədəd bibər

1 ədəd kəvər 

1 fincan soya sousu

1 ədəd yumurta

1 ədəd yuxa 

Damaq dadınıza görə duz

3 xörək qaşığı duru yağ

Qızartmaq üçün duru yağ



Hazırlanması:

Soğan, təzə paxla, sarımsaq, kök, kəvər və bibərləri incəcik doğrayın. Tavaya 3 xörək qaşığı duru yağ alıb qızdırılır. 

Doğradığınız tərəvəzləri tavaya alıb rəngi yüngül dəyişənə qədər qovurun. Duz və soya sousunu əlavə edib az xodda tərəvəzlər suyunu çəkənə qədər bişirməyə davam edin.

Bişən tərəvəzləri ocaqdan götürüb soyuması üçün kənara qoyun. Kövrək düz bir zəminə sərib 12 üçbucaq parçaya ayırın.

Hər bir yuxanın içinə soyumuş tərəvəz içliyi sürtüb sarıyın. Qızartma yağını qızdırın. 

Kasada yumurtanı yaxşıca çırpın. Böyrəkləri yumurtaya batırıb qızğın yağda iki tərəfini də qızardın. İsti-isti xidmət edin.



Nuş olsun! 

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!