Tomatlı makaron şorbası

Tomatlı makaron şorbası
Yeməklər
10.09.2017 17
Tərkibi:

8 su stəkanı ət suyu

3 ədəd orta boy pomidor

1 xörək qaşığı duru yağ

4 xörək qaşığı makaron

1 xörək qaşığı un

1 ədəd limonun suyu

Damaq dadınıza görə duz, qara bibər



Hazırlanması:
Pomidorların qabığını soyub rəndələyin. Yemək qazanına duru yağ əlavə edib qızdırın. Üzərinə unu əlavə edərək, qoxusu çıxana qədər qovurun. Yavaş-yavaş ət suyunu qazana əlavə edərək, sürətlə qarışdırın. Rəndələnmiş pomidoru əlavə edib qarışdırmağa davam edin. Orta odda ət suyu qaynayana qədər bişirməyə davam edin. Ət suyu qaynadıqdan sonra makaronları əlavə edin. Odun dərəcəsini azaldıb arada bir qarışdıraraq makaronlar incələnə qədər bişirin. Duz, qara bibər və limon suyunu əlavə edib qarışdırın. Qazanı oddan götürün. Kasada bölüb, daha sonra xidmət edin.

Qeyd: Ət suyunuz yoxdursa, ət suyu kublarından istifadə edə bilərsiniz. Bu vəziyyətdə əlavə duza ehtiyac yoxdur.

Nuş olsun! 

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!