Lobyalı və yumurtalı plov - RESEPT

Lobyalı və yumurtalı plov - RESEPT
Yeməklər
10.09.2017 151
Yeni dadları təcrübədən keçirməyi sevənlər üçün ləziz plov resepti 



Ərzaqlar: 
500 qr. təzə lobya 
350 qr. düyü 
1 soğan 
1 çay qaşığı kişmiş 
5 yumurta 
2 xörək qaşığı kərə yağı 
1 xörək qaşığı bitki yağı 
Bir qədər nazik doğranmış cəfəri 
3 stəkan su və ya toyuq suyu 
duz, istiot və zövqə görə sumax



Hazırlanması: 
Lobyanı
yuyub təmizlədikdən sonra böyüklüyünə görə 2 və 3 yerə bölün. Az duzlu
suda qanadıb bişirin. Yumurtaları ayrıca qaynadın. Qabıqlarını soyub 4-ə
bölün. Tavaya hər iki yağı əlavə edib isidin, üzərinə doğranmış
soğanları əlavə edin. Soğanlar öldükdən sonra yuyulmuş düyüləri əlavə
edib şəffaflaşana qədər qarışdırın. Kişmişi də əlavən edib yenə
qarışdırın. Son olaraq lobyanı, 3 stəkan su və ya toyuq suyunu töküb
orta odda qaynamağa qoyun. Qaynadıqdan sonra kiçik odda düyülər bişinə
qədər saxlayın. Sonra tavanın altını söndürün və yumurtaları əlavə edin. İncə doğranmış cəfərini də əlavə edib, servis edin.



Nuş olsun!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!