Qazan Kababı

Qazan Kababı
Yeməklər
10.09.2017 22
 Tərkibi:
1,5 kq ət
1 ç.q duz
1  acı istiot
2 ç.q zirə
1 kq soğan
100-150 q  quyruq
100 q keşniş- şüyüd
2-3 çimdik qara istiot 
 
Hazırlanması:
Əti tikələrə doğrayın.Duz,istiot, zirə vurun. Soğanı halqa doğrayın. Göyərtini yuyub doğrayın.
Quyruğu xırda doğrayın,qızdırılmış qazanın dibinə düzün.
Üstündən ət tikələrini döşəyin. Bir qat soğan döşəyib, üstünə göyərti səpin.
Sonra yenə ət döşəyin, ərzaq bitənədək layları edin.Üstündən isə acı istotu qoyun.Ətin üstünə qapaq və yaxud dəmir ləyəni kip qoyun,vam odda bişirin.Ət yağa düşüb qızarmağa başlayanda səs çıxarır,bu zaman qapağı götürüb qarışdırın.Sonra yene qapağı örtüb 10-15  dəq bişirin.
 
NUŞ OLSUN!! 
 
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!