Ətli blinçik

Ətli blinçik
Yeməklər
10.09.2017 71
ƏTLİ  BLİNÇİK

16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün


Ərzaqlar
Blinçik Üçün:


2 yumurta

1 xörək qaşığı şəkər tozu

bir çimdik duz

2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin)

1  1/5 stəkan un

2 xörək qaşığı duru yağ
İçi Üçün:

500 q çəkilmiş mal əti

1 ədəd orta boy soğan

duz

istiot

qızartmaq üçün duru yağ


Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Mən ət-soğan  qızardıqdan sonra onu ət çəkən maşından keçirirəm ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin).
İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın.
Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün (mən blinçikləri kiçik edirəm, ona görə də az xəmir tökürəm). Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi,  o  biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri  bir-bir bişirib bir qabda üst-üstə yığın.



Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün (şəkildə gördüyünüz kimi)

İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəkdirin (yeməyin az kaloriyalı olması üçün doldurulmuş blinçikləri yağda qızartmasanız da olar). Sonra isə süfrəyə verin. 

                                                                          NUŞ OLSUN!


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!