Karri ilə xiyar şorabası

Karri ilə xiyar şorabası
Yeməklər
10.09.2017 11
Tərkibi :

1,1-1,2 kq xiyar

4 budaq şüyüd, cəfəri

2 baş soğan

150 ml 9%-li sirkə

2 x.q. iri duz

3 x.q. şəkər tozu

2 ç.q. quru, dənəvər xardal

2 dəfnə yarpağı

1,5 x.q. karri tozu

1,5 l su

Hazırlanması :



Yaxşıca yuyulmuş 2-litrlik bankanın dibinə bir ədəd dörd yerə bölünmüş soğan, 1 ç.q. dənəvər xardal, 1 budaq şüyüd, 1 budaq cəfəri qoyun.Xiyarları yaxşıca yuyun, fal-fal (qalın) doğrayıb bankalara doldurun.Duzlu su: suyu qaynadın, qaynara düşəndə duz, şəkər tozu və karrini əlavə edin. Dəfnə yarpağı əlavə edin, daha 3 dəqiqə qaynadın. Qaynar-qaynar xiyarların üstünə tökün. Bankaların ağzına qapaq qoyub 10 dəqiqə sterilizə edin. Bağlayın, bankaları çevirin, adyala bükün, tam soyuyanadək belə saxlayın. Sonra soyuq yerdə saxlayın.
 
Nuş olsun!  :11:скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!