Düşbərə

Düşbərə
Yeməklər
10.09.2017 30
Lazım olan ərzaqlar:

400 qr qoyun əti, buğda unu,1 yumurta, 1 baş
soğan, 40 qr sirkə və ya  1 st.
sarımsaqlı qatıq (2 diş sarımsaq), yağ, keşniş, quru nanə, duz, su.
Hazırlanması:
Çəkilmiş ətə soğan, göyərti və duzu
qarışdırıb qiymə hazırlayırıq. Un və yumurtadan su əlavə etməklə bərk xəmir
yoğurun və 1 mm qalınlığında yayın. Yayılmış xəmiri 3x3 sm ölçüdə kvadrat şəklində
kəsin. Hər kvadratın ortasına bir az qiymə qoyun və düşbərəni bükün (bükmək
üçün kvadratı ortadan yarı qatlayıb kənarlarını bərk bükün). Hazır düşbərələri ələkdə
silkələyib artıq undan təmizləyin. Düşbərələri hazır ət suyuna (adi su da olar)
töküb bişirin. Hazır olduqdan sonra boşqablara paylayıb üzərinə yağ qoyun, quru
nanə və doğranmış göyərti səpin.Süfrəyə verərkən yanında sarımsaqlı qatıq və ya
sirkə verin




Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!