Kəsmikli blinçik

Kəsmikli blinçik
Yeməklər
10.09.2017 40
Tərkibi:

1 st. un

0,5 l süd

5 yumurta

1 ç.q. şəkər tozu

1 çimdik duz

1 x.q. bitki yağı



İçi üçün:


500 q kəsmik

2-3 x.q. şəkər tozu

1 yumurtanın sarısı

Vanil



Hazırlanması:


Yumurtanı çalın, şəkər tozu, duz, süd əlavə edib dayanmadan qarışdıra-qarışdıra un əlavə edin. Elə qarışdırın ki, içində lopa qalmasın. Bitki yağı əlavə edib yenə qarışdırın. Tavanı qızdırın. Azca yağlayın. Qaşıqla xəmirdən götürüb tavaya töküb hər iki üzünü bişirin. Amma çox qızartmayın. İç üçün olan ərzaqları qarışdırın. Blinçiklərin içinə qoyub konvert kimi bükün və yenidən kərə yağında qızardın.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!